Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-20 09:52:38
İbrahim Rəisinin təhsili...

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub. Onların hamısının öldüyü bildirilir. Məlumatı İranın dövlət rəsmiləri də təsdiq edib.

 

İran mediası və rəsmi şəxslər artıq Rəisi və digərlərinin öldüyünü bildirib. Məlumatı İranın vitse-prezidenti də təsdiq edib.

 

İran Prezidenti İbrahim Rəisi harada təhsil alıb?

 

AzEdu.az xəbər verir ki, İbrahim Rəisi 1960-cı il dekabrın 14-də Məşhədin Noqan bölgəsində ruhani ailəsində anadan olub. Atası Seyid Hacı 5 yaşında ikən vəfat etmişdir.

 

İbrahim Rəisi ultra-mühafizəkar siyasətçi və din xadimi hesab olunub.

 

Məşhəd şəhərində doğulmuş Rəisi dini təhsil alıb və mühafizəkar ailədə böyüyüb.

 

Rəisi ibtidai təhsilini “Cevadiye məktəbi”ndə almış, daha sonra Havzadakı İslam ilahiyyat məktəbində təhsilini davam etdirmişdir. 1975-ci ildə Qum Seminariyasında təhsilini davam etdirmək üçün "Ayətullah Borucerdi Məktəbi"nə gedib.

 

O, həmçinin, Şəhid Mütəhhəri adına universitetdə fiqh və fakültəsinin doktoranturasını da bitirib. 

 

Qeyd edək ki, 18 iyun 2021-ci ildə İran İslam Respublikasında keçirilən 13-cü Prezident seçkilərinin ilk rəsmi nəticələrinə görə mühafizəkar namizəd Rəisi 29 milyon səsdən 17 milyon 900 minini qazanaraq seçkidə qələbə qazanmışdır.