Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-16 08:35:12
Təhsil İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə Özbəkistan Respublikasının Milli Tədqiqat İnstitutu arasında memorandum imzalanıb.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, bununla əlaqədar keçirilən görüşdə tərəflər qurumların fəaliyyət istiqamətləri, prioritet məsələlər, eləcə də təcrübə mübadiləsi və mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

Qeyd edək ki, memorandum çərçivəsində pedaqoji təcrübə mübadiləsi, akademik və elmi əlaqələrin qurulması, mütəxəssislərin yüksəkkeyfiyyətli peşəkar hazırlığının və ixtisasının artırılması sahəsində uzunmüddətli əməkdaşlıq nəzərdə tutulub.