Azedu.az

Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH

2 May 2024, 15:20
Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH

Övladları 1-ci sinfə avtomatik yerləşdirilən valideynləri maraqlandıran suallardan biri də sonradan sorğunu silmək və müəllim seçimini dəyişməkdir.

 

Bəs, görəsən, 1-ci sinfə avtomatik yerləşdirilən şagirdlərə müəllim seçimini dəyişmək hüququ verilirmi?

 

AzEdu.az Təhsil Portalına Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, vətəndaşlar 1 may tarixindən etibarən şəxsi kabinetə daxil olaraq sorğuları silə bilərlər.

 

Eyni zamanda övladı avtomatik 1-ci sinfə qəbul olan valideynlər 3 maydan etibarən müəllim seçimini dəyişmək mümkündür.

 

Qeyd edək ki, 30 aprel 2024-cü il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox