Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-14 18:10:00
TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib - YENİLƏNİB

TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib.

 

AzEdu.az xəbər verir ki, "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

 

2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.

 

Qeyd edək ki, İsbərov Amid Seyran oğlunu və Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

 

16:18

 

İmişli şəhərində iki yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb.

 

AzEdu.az Report-a istinadən xəbər verir ki, hadisə 5 saylı orta məktəbin ərazisində baş verib.

 

Belə ki, təhsil ocağının ərazisində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlunu və 2010-cu il təvəllüdlü Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vurub.Hər iki yeniyetmə hadisə yerində dünyasını dəyişib.

 

 Faktla bağlı araşdırmalar davam etdirilir.