Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-21 08:59:52
Finlandiya Uşaq Hüquqları Müdafiə Mərkəzində Novruz şənliyi keçirilib

Finlandiya Respublikasında fəal diaspora fəaliyyəti ilə məşğul olan Azər-Türk Gənclər Təşkilatı Novruz bayramı münasibətilə Espoo şəhərindəki Uşaq Hüquqları Müdafiə Mərkəzində fin əhalisi üçün şənlik təşkil edib.

AzEDU AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azər-Türk Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarova Novruz bayramının azərbaycanlılar üçün ən əziz bayram olduğunu deyib. Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq bu bayramı qeyd edirlər.


Ülviyyə Cabbarova vurğulayıb ki, Azərbaycan milli ruhunun ən parlaq təcəssümü olan Novruz bayramı keçmiş sovet hakimiyyəti illərində qadağan edilmişdi. Buna baxmayaraq, milli adət-ənənələr ölməyib. Biz uzun illərdir baharın gəlişi bayramını Finlandiyada əslən Azərbaycandan olanların xalq bayramı kimi qeyd edirik.


Tədbir iştirakçıları Ülviyyə Cabbarovadan Azərbaycanla bağlı tədbirlərin daha çox keçirilməsini xahiş ediblər. Fin uşaqları Azərbaycan rəqslərinə böyük maraq göstəriblər.