Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-11 10:18:00
Küləkli hava bu tarixədək davam edəcək

Əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur. Arabir güclənən şimal-qərb küləyi əsir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirilib.

 

Qeyd olunub ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Altıağacda 22 m/s, Şamaxıda 16 m/s-dək güclənib.

 

Məlumata görə, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 12-si səhərədək davam edəcək.