Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-29 13:34:12
Ən aktiv Tələbə Həmkarlar İttifaqı bu universitetə məxsusdur – AzEdu.az-ın sorğu nəticələri

AzEdu.az təhsil portalının universitetlərin  Tələbə Həmkarlar İttifaqı  Komitəsi ilə bağlı keçirdiyi sorğu yekunlaşıb.

“Azərbaycanda hansı universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi daha aktiv fəaliyyət göstərir?” sorğusunun nəticələrinə əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar Komitəsi I yerə layiq görülüb. Bakı Dövlət Universiteti II, UNEC isə III yerdə qərarlaşıb.

Azərbaycan Texniki və Bakı Mühəndislik Universitetlərinin Tələbə Həmkarlar Komitələri IV və V yerləri bölüşdürürlər.

Sorğu oktyabrın əvvəlindən ayın 25-nə qədər davam edib.

Xatırladaq ki, sorğuda 12 ali təhsil müsəssisənin Tələbə Həmkarlar Komitələri iştirak edib. Onların siyahısını təqdim edirik:

Bakı Dövlət Universiteti - Tələbə Həmkarlar İttifaqı Komitəsi;

UNEC- Tələbə Həmkarlar İttifaqı Komitəsi;

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – Həmkarlar İttifaqı Komitəsi;

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – Tələbə Həmkarlar İttifaqı Komitəsi;

Azərbaycan Tibb Universiteti- Tələbə Həmkarlar İttifaqı Komitəsi;

Bakı Ali Neft Məktəbi - Tələbə Həmkarlar İttifaqı Komitəsi;

Azərbaycan Dövlət Pedaqoji Universiteti - Tələbə Həmkarlar İttifaqı Komitəsi

Azərbaycan Memarlıq və İnşaat Universiteti – Tələbə Həmkarlar Təşkilat;

Azərbaycan Texniki Universiteti – Tələbə Həmkarlar İttifaqı Komitəsi:

Bakı Slavyan Universiteti – Tələbə Həmkarlar Təşkilatı;

Azərbaycan Dillər Universiteti – Həmkarlar İttifaqı Komitəsi;

Bakı Mühəndislik Universiteti –Tələbə Həmkarlar Təşkilatı.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları