Azedu.az

Məktəblilər üçün təqaüd proqramına qeydiyyat başladı

AzEdu Təhsil Platforması

11 Avqust 2026, 11:46
Məktəblilər üçün təqaüd proqramına qeydiyyat başladı

Hindistanın Uttar Pradeş ştatında 2026-2027-ci tədris ili üzrə məktəb təqaüd proqramına qeydiyyat başlayıb.

AzEdu.az xarici mediaya istinadən xəbər  verir ki, avqustun 11-dən 9–12-ci sinif şagirdləri üçün müraciətlərin qəbulu açılıb. Proqramın əsas məqsədi maddi imkanları məhdud ailələrdən olan şagirdlərə təhsil müddətində maliyyə dəstəyi göstərməkdir.

Şagirdlər elektron müraciətlərini xüsusi portal vasitəsilə təqdim edə bilərlər. Yeni müraciətlərin sentyabrın 21-dək qəbul ediləcəyi bildirilir.

Təqaüd proqramının şagirdlərin təhsillərini maliyyə çətinlikləri səbəbindən yarımçıq qoymasının qarşısını almağa xidmət etdiyi qeyd olunur.

Fidan Şahkərəmova

Xətai davası dayanmır, Elçibəyə ittihamlar - Ölkədə nə baş verir?
Son xəbərlərDaha çox