Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 16:48:00
DİM-də məşğələ keçirilib

Buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının növbəti məşğələləri keçirilib.

 

Bu barədə DİM-dən AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, 11-15 mart 2024-cü il tarixlərində hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

 

Hazırlıq kursları Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş iştirakçılar üçün əyani, bölgələr üzrə qeydiyatdan keçmiş iştirakçılar üçün isə onlayn formada keçirilib. Həmçinin informatika fənni üzrə hazırlıq kursu bütünlüklə onlayn formada keçirilib.

 

Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, ingilis dili fənni üzrə Nərminə Əliyeva, rus dili fənni üzrə Viktoriya Ələkbərova, kimya fənni üzrə Elşad Abdullayev, fizika fənni üzrə Əlövsət Rəcəbli, tarix fənni üzrə Hafiz Cabbarov və riyaziyyat fənni üzrə Aqşin Abdullayev kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçiriblər.

Moderatorlar və kurs iştirakçıları təqdim olunan tapşırıq nümunələri ilə bağlı təklif və iradlarını bildiriblər.