Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-29 12:08:11
Nazir: Gənc alimlərin arxada əyləşməsi elm sahəsində onlara münasibəti göstərir

Ali təhsil müəssisəsinin elmi şurası maliyyəni xərcləmə istiqamətini özü tənzimləməlidir.

 

AzEdu.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

 

"Amma, sözsüz ki, biz də bu prosesə mümkün nəzarəti edirik və edəcəyik", - o bildirib.

 

Nazir deyib ki, Azərbaycanın elminin inkişafının qısa yollarından biri Türkiyənin ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərdir.

 

"Onlar Azərbaycana gəlir, müəyyən müzakirələr edilir. Dil və məsafə yaxınlığı göstərir ki, türk ali təhsil müəssisələri ilə əməkdaşlıq vacibdir. Qısa zamanda nəticə əldə etmək istəyiriksə, buna davamlı şəkildə səy göstərməliyik. Hazırda bu zalda gənc alimlər arxada əyləşib, hesab edirəm ki, bu elm sahəsində gənclərə münasibəti göstərir. Onları özümüzdən uzaq tutmaq Azərbaycan elmində gənclərə verilən rolun göstəricisidir. Gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik", - nazir deyib.