Azedu.az

Naxçıvanda avtomobil 7 yaşlı uşağı vurub

29 Fevral 2024, 10:02
Naxçıvanda avtomobil 7 yaşlı uşağı vurub

Naxçıvanda avtomobil 7 yaşlı uşağı vurub.

 

AzEdu.az xəbər verir ki, hadisə Babək rayon Nehrəm qəsəbəsində qeydə alınıb.

 

Belə ki, avtomobil qəsəbə sakini, 2017-ci il təvəllüdlü Əliyev Nəsrullah Həsən oğlunu vurub. İlk olaraq, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkən, sonradan Bakı şəhərinə aparılıb və xəstəxanaların birinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox