Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-20 14:42:29
“Bahadır və Sona” əsəri Strasburqda fransız dilində işıq üzü görüb

Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evində Nəriman Nərimanovun “Bahadır və Sona” əsəri fransız dilində çap edilib.


AzEDU AZƏRTAC-a istinadən xəbər verir ki, əsərin yazıçının ölüm günündə işıq üzü görməsi ilə təşkilatçılar ədibin xatirəsini yad ediblər.
Azərbaycan ictimai-siyasi fikir tarixinə görkəmli dövlət xadimi kimi daxil olmuş Nəriman Nərimanov zəngin ədəbi irsi ilə tanınır.


“Bahadır və Sona” romanında yazıçı xalqlar dostluğu ideyasını ön plana çəkib, ədəbiyyatımızın tarixində öz ideya, məzmun və forma yeniliyi ilə parlaq səhifə açan bir əsər yaradıb. Romanda xalqların birliyi, həmrəyliyi təbliğ edilir.
Romanı fransız dilinə Elvin Abbasbəyli tərcümə edib.


Azərbaycan yazıçılarının əsərlərini fransız dilində nəşr etməklə “Kəpəz” nəşriyyat evinin təsisçilərinin məqsədi milli ədəbiyyatımızı Fransada daha yaxından tanıtmaqdır.