Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-27 08:58:00
“Tarixdə bu gün” - 27 fevralda nələr olub?

Dünyanın hansı ölkəsində olursa, olsun mütıəq ki, hər gün tarixdə ən az bir əhəmiyyətli hadisə ilə qalıb. 

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün müvafiq olaraq dünyada, eləcə də Azərbaycanda tarixi əhəmiyyətli hadisələr barədə ictimaiyyəti məlumatlamdırır. 

 

27 fevral tarixində baş vermiş tarixi əhəmiyyətli hadisələri təqdim edirik.

 

27 fevral 1988-ci ildə Sumqayıt şəhərində azərbaycanlılar və ermənilər arasında təxribat xarakterli qırğınlar baş verib:

 

Sumqayıtda törədilmiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam həlak olmuş, onlardan 26-sı milliyyətcə erməni olmuş,  400 nəfərdən çox adam müxtəlif dərəcəli bədən xəsarətləri almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın zədələnmiş və bir hissəsi yandırılmış, dövlətə o vaxtkı qiymətlərlə 7 milyon rubl məbləğində maddi ziyan vurulmuşdur.

 Hadisələrlə əlaqədar 444 nəfər məhkəmə qarşısında cavab verməli olmuş, onlardan 400 nəfəri 10-15 gün təcridxanalarda saxlanılmış, 94 nəfər müxtəlif müddətlərə həbs cəzasına, bir nəfər - Əhməd Əhmədov isə güllələnməyə məhkum olunmuşdur.

Hazırkı İstintaq qrupu tərəfindən aparılmış istintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti - Dağlıq Qarabağın Azərbaycandan qoparılması üzrə mübarizənin "rəsmi səbəbi" kimi qanlı təxribat olması tam sübuta yetirilmişdir.

 

27 fevral 1914-cü ildə Türkiyə aviasiyası ilk şəhidlərini verib:

 

Pilotlar - baş leytenantlar (yüzbaşı) Fethi bəy və Sadık bəyin sürdüyü “Muaveneti-Milliye” təyyarəsi İstanbul - Qahirə səfərinə başladı. Konya, Ulukışla, Adana, Humus və Dəməşq üzərindən Qahirəyə qədər uzanacaq bu hava səyahəti Dəməşqə qədər problemsiz davam etdi. Ancaq uçuşun 10-cu mərhələsində Qüdsün Təbəri (Tabariye) rayonu yaxınlığında hava axınına düşərək qayalara çırpıldı və düşdü. Pilotlar Fetih bəy və Sadik bəy həlak oldular.

 

Balkan müharibəsindən məğlub çıxan Osmanlı hökuməti bu hava səyahəti ilə xalqda ruh yüksəkliyi yaradacağını düşünmüşdü.  

 

27 fevral 1918-ci ildə daha bir erməni terroru qeydə alındı:

 

Andronikin başçılıq etdiyi quldur dəstələri Türkiyənin Ərzincan vilayətində 800 nəfəri qətlə yetirdi.

 

27 fevral Beynəlxalq Qütb Ayısı Günüdür:  

 

Bu günün qeyd olunmasının əsas məqsədi qlobal istilik və iqlim dəyişiklər ilə əlaqədar nəsli tükənməkdə olan ağ ayılar haqqında ictimaiyyətin məlumatını artırmaq və bu heyvanların qorunmasının vacibliyini vurğulamaqdır.

 

Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul olan ekologiya təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər həyata keçirilir. Qütb ayılarının məhvolma təhlükəsinin əsas səbəbləri qütb buzlaqlarının əriməsi və ətraf mühiti çirkləndirən neft quyularının işlənməsidir.

 

Son illər əldə olunan məlumatlar sübut edir ki, Qütb ayısı təqribən 5 milyon il əvvəl təkamülə başlayıb. Onun əcdadı qonur ayı olub. Lakin ağ ayı qonur ayıdan fərqli olaraq uzaq Şimalda dəniz buzları arasında yaşamağa uyğunlaşıb.