Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-24 12:36:55
Sabahın hava prqonozu açıqlandı  

Fevralın 25-də gözlənilən hava şəraitilə bağlı proqnoz açıqlanıb.

 

ETSN Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

 
 

Havanın temperaturu gecə 1-3°, gündüz 3-5° olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-4°, gündüz 5-8°, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 0-5° şaxta olacaq.

 

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.