![](https://azedu.az/uploads/news/2024/02/azedu.az_17085982856548936256_1200x630_258.jpg)
Azərbaycanlı kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, tarix elmləri doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru Fuad Məmmədov sivilizasiyalararası dialoqun inkişafına verdiyi böyük töhfəyə görə Birləşmiş Millətlər Təşkilatının əsas iqtisadi-sosial orqanı olan ECOSOC-un məşvərət statusuna malik Pitirim Sorokin-Nikolay Kondratyev Beynəlxalq İnstitutunun Qızıl medalına layiq görülüb.
AzEdu.az xəbər verir ki, professor Fuad Məmmədov dünya kulturologiyasında ilk dəfə olaraq Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə edərək innovativ metodologiya və universal metod “mədəniyyət piramidası” işləyib hazırlayıb. O, mənəvi mədəniyyətin tərəqqisi, yüksək mədəniyyətli insanların formalaşması və inkişafı, cəmiyyətin və dövlətin davamlı və təhlükəsiz inkişafının məqsədi və strateji bərpa olunan resursu problemlərinə həsr olunmuş bir sıra fundamental monoqrafiyaların və mədəni konsepsiyaların müəllifidir. Onun mədəniyyət elminin inkişafına verdiyi töhfələr altı beynəlxalq akademiya tərəfindən yüksək qiymətləndirilib.
Pitirim Aleksandroviç Sorokin məşhur rus-amerikalı sosioloq və kulturoloq, pedaqoq, sosial təbəqələşmə və sosial mobillik nəzəriyyələrinin banilərindən biridir. Onun xatirəsinə həsr olunmuş beynəlxalq mükafat BMT-nin İqtisadi və Sosial Şurası yanında məsləhətçi statusuna malik Pitirim Sorokin-Nikolay Kondratyev Beynəlxalq İnstitutu tərəfindən görkəmli alim və diplomatlara, siyasət və mədəniyyət xadimlərinə verilir.
Qızıl medala layiq görülənlər arasında BMT-nin keçmiş Baş katibi Kofi Annan, UNESCO-nun iki keçmiş baş direktoru, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev də var.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)