Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-22 10:21:00
İtaliyada pulsuz təhsil - Şərtlər, təqaüd proqramları...

Bu gün “Xaricdə Təhsil” rubrikamızda İtaliyada  təqaüdlə təhsildən danışacağıq.

 

Maraqlıdır, İtaliyada təhsil almaq üçün necə müraciət etmək olar?

 

Məsələ ilə bağlı AzEdu.az-a xaricdə təhsil üzrə ekspert İsgəndər Cəfərzadə açıqlama verib.

 

Ekspert bildirib ki, hazırda İtaliyada 2 məşhur təqaüd proqramı mövcuddur. Onlardan biri də "MAECL" proqramıdır:

 

“ “MAECL” İtaliya Xarici İşlər Nazirliyinin təqdim etdiyi təqaüd proqramıdır. Bu  “İnvest Your Talent” təqaüd proqramından fərqli olaraq B2 ingilis dili sertifikatına daha ciddi yanaşılır. Bu proqrama Azərbaycan və ya Türkiyədə ingiliscə təhsil almış bakalavrlar  müraciət edə bilmir. Yalnız ana dili ingilis dili olan ölkələrdən məzun olmuş tələbələr universitetdən ingilis dili üzrə təhsil aldığı barədə arayış almadan müraciət edə bilirlər. Mütləq şəkildə sizin ya İELTS, ya da TOEFL üzrə sertifikatınız olmalıdır. Birinci universitetə, sonra isə təqaüd proqramına müraciət edilir. “MAECL” proqramına son qeydiyyat tarixi iyun ayında olacaq. Keçən ilki məlumatlara əsasən yaşınız maksimum 28 ola bilər”.

 

İ.Cəfərzadə qeyd edib ki, digər ikinci təqaüd proqramı olan  “İnvest Your Talent” proqramına martın 1-indən qeydiyyat yekunlaşır. Proqramın əsas şərti bakalavr olmaqdır:

 

“Sonuncu kursda təhsil alan, bakalavr məzunu olmayan şəxslər bu proqrama müraciət edə bilməz. Bunun üçün mütləq diplom olmalıdır. Ali məktəbdən məzun olan, lakin hələ də diplomnunu əldə edə bilməyən namizədlər universitetdən məzun olmağınızla bağlı arayış alaraq müraciət edə bilərlər.

Təqaüd proqramına müraiət etmək istəyənlər üçün digər əsas şərtlərdən biri yaş məsələsidir. 1998-ci il yanvar ayının 1-dən əvvəl doğulmuş namizədlər bu proqrama müraciət edə bilmirlər. Digər şərt isə İngilis dili sertifikatı olan B2-ni əldə etməkdir. İngilis dili sertifikatı olmayanlar əgər ki, bakalavr təhsilini ingiliscə oxyublarsa, bu proqrama təhsil arayışı ilə müraciət edə bilərlər. Digər proqramlardan fərqli olaraq burada namizədlərdən maksimum 1 dəqiqəlik video istənilir. Burada “Siz niyə görə bu proqrama müraciət etmisiniz?”, Niyə görə bu proqramı istəyirsiniz?” və s. kimi suallar verilir. Bu proqramda əsas ixtisaslar- memarlıq, dizayn, iqtisadiyyat, menecment və qabaqcıl texnologiyalar üzrə olan ixtisaslardır.  Universitetlərin siyahısına official.web saytından baxmaq olar”.