Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-21 15:40:13
Türkiyə-Azərbaycan Universitetində bakalavr pilləsi üzrə qəbul aparılacaq

Türkiyədə təhsil almaq istəyən azərbaycanlılara ölkəmizdə türk təhsili imkanı yaradacayıq.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan Universiteti ilə bağlı elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə müsahibəsi zamanı deyib:

 

Nazir müşaviri onu da əlavə edib ki, bu addım bütünlükdə Türkiyəyə gedən tələbələrin sayının azaldılmasına nə qədər təsir edəcəyi bəlli deyil:

 

"Ancaq universitetin yaradılmasında əsas məqsədimiz keyfiyyətli təhsildir. Biz təhsildə elə bir model yaratmağı düşünürük ki, bu model bu günə qədər tətbiq olunmuş heç bir modelin eynisi olmasın. Bu model həm Azərbaycan, həm də digər ölkə vətəndaşlarının keyfiyyətli təhsilinə kömək edəcək".

 

N.Məmmədli qeyd edib ki,Türkiyə-Azərbaycan Universitetində ilkin mərhələdə bakalavr pilləsi üzrə qəbul aparılacaq: 

 

"Ancaq yaxın zamanlarda magistratura səəviyyəsi ilə bağlı da məlumat veriləcək",- deyə əlavə edib.