
2018-03-20 07:34:36
Tələbələrin tətil PLANLARI: “Bayramı cəbhədə əsgərlərlə keçirəcəyəm”
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur.
Orta və ali təhsil müəssisələrində şagird və tələbələrin tətili isə artıq başlayıb. Tələbələrin əksəriyyəti bayramı keçirmək üçün bölgələrə üz tuturlar. Bəs onlar yazın gəlişini özündə ehtiva edən Novruz bayramını necə keçirəcək?
AzEDU.az bu sualla bir neçə tələbəyə müraciət edib:
Bakı Dövlət Universitetinin tələbəsi Təhminə Quliyeva Novruz bayramını adi günlərdən fərqləndirmir:
“Düşünürəm ki, hansısa bayramın çox fərqli keçirilməsi uşaq vaxtı xoş təəssürat yaradan, amma indi məcburən nəyinsə xətrinə edilən bir şeydir. İstərdim ki, çox vaxt bayramlarda arzu olunan evlərdə qazan qaynaması duası hər gün üçün keçərli olsun. Yəni, bayram simvolikdir. Kanalların əvvəlki günlərə qayıdıb gözəl bayram konsertləri verməsini istəyirəm. Novruz bayramını da bayram olduğu üçün yox, təbiətin, torpağın oyandığı üçün sevirəm”.
Xəzər Universitetinin tələbəsi Ramal Bayramlı yeni il qədər olmasa da, Novruzu çox sevir:
“Bayramları sevməyimin əsas səbəbi bütün sevdiklərimi ətrafımda görməyimdir. Bayramda Ağdamda olacam. Kəndimiz cəbhə bölgəsinə çox yaxındır. Hər il cəbhədə xidmət göstərən əsgərləri ziyarət edib onlarla bir yerdə olmaqdan qürur duyuram. Arzum magistratura pilləsini bitirikdən sonra burada xidmət etməkdir”.
Azərbaycan Dillər Universitetinin tələbəsi Nərmin Cəfərzadə isə Novruz bayramına o qədər də əhəmiyyət vermir:
“Novruz yazın gəlişinə təsadüf etiyinə görə istər-istəməz hamıda bayram əhval ruhiyyəsi yaradır. Bu səbəbdən rayona gedib təbiətin gözəlliyini göstərdiyi yerlərdə olmaqdan zövq alıram”.
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Təranə Quliyeva hər il Novruzu səbirsizliklə gözləyir:
“Bayramda milli adət-ənənələrimizi, xüsusən də papaq atmağı çox sevirəm. Təəssüflər olsun ki, bu adət-ənənələrimiz zamanla sıradan çıxır. Məsələn, əvvəllər papaq atanda hər kəs həvəslə evinə papaq atılmasını gözləyirdi. Amma indi əksinədir. Elə evlər var ki, ümimiyyətlə, papaq atılanda qapını açmırlar”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Emil İbrahimli bayramı rayonda ailəsiylə bir yerdə keçirəcək:
“Avtovağzalda insan izdihamı olduğu üçün bir neçə gün əvvəldən rayona getməyə məcbur oldum. Sevdiklərimin əhatəsində, böyüklərimin yanında bir süfrədə oturmaq mənim üçün ən gözəl bayramdır”.
Nəzrin Rüstəmova
Bu bölməyə aid digər xəbərlər
UNEC elmi jurnalına məqalə qəbulu davam edir
2022-06-25 14:04:00
UNEC-in kitabxana fonduna türk dilində 150 yeni kitab əlavə olundu
2022-06-25 13:07:00
AzTU-nun rektoru universitetin basketbol komandası ilə görüşüb-FOTO
2022-06-25 10:54:00
AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib
2022-06-25 09:57:00
UNEC-də təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir
2022-06-25 09:19:00
AzTU-da Məzun Günü keçirilib-FOTO
2022-06-25 09:00:00
BMU-da 2022-nin universitet birincisi-Təhsil göstəriciləri, sosial aktivliklər...
2022-06-24 16:13:00
UNEC-də İqtisadiyyat və İdarəetmə Sahəsində Beynəlxalq Elmi Konfransı keçirildi-FOTO
2022-06-24 12:58:00
BMU-da ACCA-in nümayəndələri ilə görüş keçirilib
2022-06-24 11:47:00
UNEC-in Dərbənd filialına sənəd qəbul aparılır
2022-06-24 11:01:00
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
2022-06-21 10:00:00
Məktəblərdə bu qədər fənn çıxarılmalı, saatlar xeyli azaldılmalıdır - Faydalı təklif

2022-06-16 09:00:00
Sertifikasiya ilə bağlı vacib məqamlar-Müəllimlərin DİQQƏTİNƏ

2022-06-20 10:08:00
“Müəllimlər robot deyillər, nazirliyin onlara münasibətini başa düşmürəm”-Sona Əliyeva

2022-06-22 08:28:00
Pedaqoji fəaliyyətlə məşğul olma qaydasında dəyişiklik edilib

2022-06-20 12:10:00
Uşaq bağçalarına qeydiyyat başlayır-BU TARİXDƏ

2022-06-23 09:28:00
Bu şəxslər imtahansız dövlət qulluğunun müsahibəsinə buraxıla bilər

2022-06-23 11:00:00
Nazirlik orta məktəblərdə direktor təyinatlarına başladı -Qaydalar dəyişdi

2022-06-22 09:00:00
Sertifikasiya yalnız bu halda müəllimlərin işinə son qoyacaq - Nadir İsrafilov

FACEBOOK