Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-11 16:39:32
Miqrasiya orqanlarına qəbul imtаhаnının nəticələri AÇIQLANIB

Dövlət İmtahan Mərkəzi 2023-cü il dekabrın 10-da Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

 

Bildirilib ki, imtahanda iştirak etmək üçün namizədliyi qeydə alınan 197 nəfərdən 7-si imtahana gəlməyib.

 

Namizədlər imtahan nəticələri ilə buradan tanış ola bilərlər.

 

Qeyd edək ki, imtаhаndа nаmizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunur. Onlardan 50 sual qanunvericilik, 10 sual Azərbaycanın tarixi, 10 sual Azərbaycan dili, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər suаlın düzgün cavabı 1 (bir) bаllа qiymətləndirilir.

 

Test imtahanının nəticələrinə əsasən, 67 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

 

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 12-14 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.