Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-08 16:52:46
DİM təlim keçirib

8 dekabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “Dövlət qulluqçusunun etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə” mövzusunda Xəzər Rayon İcra Hakimiyyəti əməkdaşları üçün təlim təşkil edilib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, təlim zamanı iştirakçılara etik davranış qaydaları barədə, eləcə də korrupsiyaya qarşı mübarizə üsulları və ixtisaslaşmış orqanlar haqqında məlumatlar verilib, qaydalarla bağlı praktiki müzakirələr təşkil olunub. Təlim zamanı geniş fikir mübadiləsi aparılıb.

 

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.