Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-30 08:50:17
Qaraheybət faciəsindən 2 il ötür

Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğramasından 2 il ötür.

 

AzEdu.az xəbər verir ki, hadisə 2021-ci il noyabrın 30-u, saat 10:40 radələrində təlim uçuşları yerinə yetirərkən baş verib.

 

Qəza nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 hərbçi isə ağır yaralanıb.

 

Hadisə zamanı şəhid olan sərhədçilərin adları:

 

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

 

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;  

 

3. mayor Həsənov Elmir Mircəlil oğlu; 

 

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu; 

 

5. mayor Mayılov Emil Şahid oğlu; 

 

6. mayor Məmmədov Murad Yaşar oğlu; 

 

7. mayor Əliyev Emil Elman oğlu; 

 

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; 

 

9. kapitan Bayramlı Cavid Əhliman oğlu; 

 

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu; 

 

11. kapitan Qaraisayev Teymur Ənvər oğlu; 

 

12. leytenant Süleymanov Abdulla Telman oğlu; 

 

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

 

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

 

Qeyd edək ki, qəzada polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanmışdılar.