![](https://azedu.az/uploads/news/2023/11/azedu.az_75149_645.jpg)
Bakı şəhəri, Suraxanı rayonunda 89 nömrəli tam orta məktəbdə şagirdin ayaqyolunda zorakılığa məruz qalması barədə iddialara aydınlıq gətirilib.
Məktəbdən AzEdu.az-a bildirilib ki, VII sinifdə təhsil alan məktəbli qız (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) direktor müavininə yaxınlaşaraq iki sinif yoldaşı ilə birgə 5-ci dərsdən sonra ayaqyolunda olduğunu və onlar getdikdən sonra təzyiqə məruz qaldığını iddia edib.
Məktəb rəhbərliyi məsələni araşdırmağa başlayıb:
“Zərərçəkmiş məktəbli gözünün bağlı olduğunu və bunu kimlərin etdiyini görə bilmədiyini söyləyib. Məktəbli ilə birgə ayaqyolunda olan digər iki qız da dəvət olunub və onlar bu barədə heç bir məlumatlarının olmadığını söyləyiblər. Qeyd ediblər ki, zərərçəkmiş məktəbli qız "mənim işim var" deyərək onları yola salıb.
Məsələni aydınlaşdırmaq üçün şagirdin valideyni məktəbə dəvət olunub. Valideyn də məsələnin araşdırılmasında iştirak edib. Evə qayıtdıqdan sonra valideyn evdən övladının gizlətdiyi kəsici alət tapdığı haqqında məlumat verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Araşdırma zamanı məlum olub ki, şagird özü-özünə xəsarət yetirib və qorxduğu üçün yalan söyləyib”.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)