![](https://azedu.az/uploads/news/2023/10/azedu.az_1697460943652d32cf4f1d8_597.jpg)
Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTU) Beynəlxalq əlaqələr ofisi tərəfindən Erasmus+ günləri çərçivəsində Beynəlxalq Mədəniyyət Festivalı keçirilib. Dünyanın fərqli ölkələrindən mübadilə proqramları ilə gələn tələbələr Festival zamanı öz mədəniyyətlərini, adət-ənənələrini tanıtmaq şansı qazanıb.
Azərbaycanın Türkiyədəki səfirliyi və Azərbaycan ODTU-lu Tələbələr və Məzunlar Dərnəyinin dəstəyi ilə Festivalda Azərbaycanı 2023/2024-cü tədris ilinin payız semestrında ODTU-da təhsil almaq şansı qazanan AzMİU-nun Memarlıq fakültəsinin tələbələri Səbilə Zeynallı və Nigar Yaşar təmsil edib.
Ölkəmizə aid stenddə Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə, memarlıq abidələrinə dair nəşrlər, “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar, suvenirlər və geyimlər, milli mətbəximizdən təamlar nümayiş etdiriblər.
Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, uşəni ziyarət edənlərə Azərbaycanın milli mətbəxinə xas olan - dolma, plov, paxlava və digər nemətlər təqdim olunub. İştirakçılara milli sərvətlərimiz, mədəniyyət, incəsənət və mətbəx nümunələrimiz barədə ətraflı məlumat verilib.
Festivalın gedişində müxtəlif ölkələrdən olan əcnəbi tələbələrin təqdimatında rəqslər və şeirlər ifa olunub.
Məlumat üçün qeyd edək ki, ODTU ilə AzMİU arasındakı ikili diplom proqramı çərçivəsində 2 tələbəmiz cari tədris ilində ODTU-da təhsil almaq şansı qazanıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)