Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-02 16:44:08
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

Milli Məclis müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi məsələsini ilk oxunuşda təsdiqləyib.

 

AzEdu.az xəbər verir ki, bu məsələ parlamentin bugünkü plenar iclasında “Peşə təhsili haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin kateqoriyası genişləndirilib.

 

Belə ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin də artıq dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

 

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul edilib.