Azedu.az

“Abituriyentlərlə subbakalavrlar arasında gərgin rəqabət...” – DİM sədri  

Orta təhsil

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi

Təhsil ekspertləri

Tələbələr

Təhsil hüququ və qanunvericilik

11 Avqust 2023, 11:31
“Abituriyentlərlə subbakalavrlar arasında gərgin rəqabət...” – DİM sədri  

 

"Abituriyentlər birinci dəfədən qəbul ola biləcəkləri ixtisasları seçsinlər".

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “Youtube” kanalında canlı yayım zamanı II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” mövzusunda danışarkən söyləyib.

 

DİM sədri abituriyentlərə tövsiyə edib ki, hər biri balına uyğun olaraq siyahı tərib etsin:

 

"O siyahıda elə ixtisaslar olsun ki, indiki balı ilə qəbul oluna bilsinlər.  Çünki ola bilsin ki, ikinci dəfə qeyd etsə, qəbul oluna bilmədi. Abituriyentin 160 balı varsa, subbakalavrın 200 balı olmuş olacaq. Buna görə də abituriyentlərlə subbakalavrlar arasında rəqabət gərgin olacaq”.

 

 

Bu vaxta kimi erməni dövləti olmayıb - Paşinyandan şok etiraf
Son xəbərlərDaha çox