Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 08:28:24
DİM-dən magistraturaya keçənlərə XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzinin (DİM) dünən açıqladığı məlumata görə, 13286 bakalavr ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5981 nəfər dövlət sifarişi, 7305 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 9745 nəfər ali təhsil müəssisələrinin cari, 3541 nəfər isə əvvəlki illərin məzunudur.

AzEdu.az-ın məlumatına görə, DİM magistraturaya keçənlərə xəbərdarlıq edib.

Belə ki, magistraturaya qəbul olmuş şəxslər 2023-cü il 21 iyul saat 11:00-dan  31 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

“Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər”, - deyə DİM bəyan edib.