Azedu.az

Azərbaycanlı şagird Britaniyada 10 min manatlıq təqaüdlə təhsil alacaq

Orta təhsil

Ali təhsil

Maraqlı

AzEdu Tv

Xaricdə təhsil

Tələbələr

7 İyul 2023, 09:36
Azərbaycanlı şagird Britaniyada 10 min manatlıq təqaüdlə təhsil alacaq
Azərbaycanlı şagird Britaniyanın Kembric şəhərində yerləşən "Sancton Wood School"da 2 həftəlik universitet səviyyəsində psixologiya ixtisası üzrə təhsil almaq üçün tam təqaüd qazanıb.
 
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, təqaüdü qazanan Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin X sinif şagirdi Ülvi Abbasovdur.
 
O, yüksək tədris səviyyəsi üzrə tanınan "Sancton Wood School"da 2 həftəlik universitet səviyyəsində psixologiya ixtisası üzrə təhsil almaq üçün 4500 funt sterlinq (təqribən 10000 manat) dəyərində tam təqaüd qazanıb.
 
Kurs Böyük Britaniyanin ən prestijli yay məktəblərinin təşkilatçısı Summer Boarding Courses tərəfindən təşkil olunur.
 
 
Bu vaxta kimi erməni dövləti olmayıb - Paşinyandan şok etiraf
Son xəbərlərDaha çox