Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-24 15:00:00
İnfarkt keçirən müəllim: “31 bal topladım, qurban demişəm”

Bu gün müəllimlərin sertifikatlaşdırılması prosesisinin test imtahanı mərhələsi yekunlaşır.


AzEdu.az xəbər verir ki, sertifikasiyanın 5-ci günündə Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verirlər.

Saytımızın əməkdaşları Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən sertifikasiya imtahanlarını müşahidə ediblər. İmtahan başa çatdıqdan sonra bir çox müəllimin təəssüratları öyrənilib.

 

Sevincdən göz yaşlarını saxlaya bilməyən müəllimlərdən biri AzEdu.az-a danışıb:

 

“31 bal toplamışam. Mənim üçün əsas odur ki, keçid balını topladım. İnfarkt keçirmişəm, ağır ürək əməliyyatına məruz qalmışam, yüksək şəkərim var. Nə repetitorluq da etmişəm, nə də yuxarı siniflərə dərs demişəm. Bunlara rəğmən, yığdığım bal mənim üçün yaxşı nəticədir. Çox dualar etmişəm, qurban demişəm”.