Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-24 08:45:01
Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikasiya imtahanı verir

Bu gün müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam etdiriləcək.

AzEdu.az xəbər verir ki, sertifikasiyanın 5-ci günündə Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verəcək.


Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu gün 8500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaq. 


Sertifikatlaşdırma iyunun 20-də başlayıb və ölkənin 13 müxtəlif şəhəri üzrə 23 imtahan mərkəzində təşkil olunub. 


Bu il ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28000-dən çox təhsilverən dəvət olunub.


Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. 

 
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.