Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 12:07:13
Şagirdlərimiz Beynəlxalq Olimpiadada uğur qazanıblar - ADLAR

Özbəkistanın Xivə şəhərində 11-18 iyun 2023-cü il tarixlərində Əl-Biruni adına I Beynəlxalq Kimya Olimpiadası keçirilib. Olimpiadada 3 qitənin 16 ölkəsindən (Braziliya, Türkmənistan, Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Oman, Vyetnam və.s.) olan məktəblilər iştirak edib.

 

Təhsil İnstitutundan AzEdu.az-a verilən məlumata görə, 4 məktəbli ilə təmsil olunan Azərbaycan komandası sözügedən yarışda uğurla çıxış edərək 4 bürünc medal qazanıb.



Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X və XI sinif şagirdləri Hacızadə NihadDəniz Səttarlı, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Selcan Şəfizadə ölkəmizə qalib olaraq geri qayıdıblar.

 

Məktəbliləri qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edir və uğurlar arzu edirik!