Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 12:33:00
Tələbə qəbulunda dövlət sifarişli yerlərin sayı ARTDI

2022-2023-cü tədris ilinə nisbətən növbəti tədris ilində bakalavriat səviyyəsinə ixtisas qrupları üzrə Dövlət sifarişli yerlərin dinamikası açıqlanıb. 

 

AzEdu.az xəbər verir ki bu haqda Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə danışıb.

Onun sözlərinə görə, son 5 ildə ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 118,7 faiz, qəbul plan yerlərinin sayı isə 34,6 faiz artıb.


Son 5 ildə qəbul planı yerlərinin sayına görə, ən çox artım 14,3 faiz olmaqla texniki və texnologiya sahəsində olub.


Bakalavriat səviyyəsinə ixtisas qrupları üzrə dövlət sifarişli yerlərin dinamikası belədir:

 

Texniki və texnoloji 30%

Səhiyyə, rifah - 1,1%

Təhsil -1,7%

Təbiət 14, 7%

 

Y.Piriyev bildirib ki, ötən ilə müqayisədə bu il dövlət sifarişli yerlərin sayı 8 faiz artaraq 27691 yerə çatdırılıb.