Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 15:02:00
Nazir yeni ali təhsil sistemindən danışdı - Belə olacaq

Rusiya Federasiyasının ali təhsil naziri Valeri Falkov ölkənin yeni ali təhsil sistemindən danışıb.

AzEdu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nazir Universitet Rektorları İttifaqı Şurasının iclasında bildirib ki, yeni ali təhsil üç mərhələdən ibarət olacaq:

- baza (əsas) ali təhsil (təhsil müddəti dörd ildən altı ilədək);

- ixtisaslaşdırılmış ali təhsil: magistratura (bir-iki il), rezidentura, assistentlik - staj;

- aspirantura (adyunktura).

V.Falkov izah edib ki, baza təhsil səviyyəsi bakalavr və ya mütəxəssis dərəcəsinə uyğun olacaq, eyni zamanda, kadr hazırlığında fənlərarası və təcrübə yönümlü yanaşmanı təmin edəcək.

İxtisaslaşdırılmış ali təhsil kadrların dərindən hazırlanmasını təmin edəcək və yalnız birinci mərhələni başa vuranlar üçün nəzərdə tutulub.

Elmi və elmi-praktik kadrların hazırlanmasına yönələcək ali təhsilin ayrıca pilləsi kimi aspiranturanın müəyyən olunması təklif edilir.

Bununla Rusiyanın ali məktəblərində ənənəvi mütəxəssis hazırlığına qayıdılır.