Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 12:44:59
Sentyabrda yeni məktəbli forması tətbiq olunacaq

Növbəti tədris ilindən orta məktəblərdə yeni məktəbli formasının tətbiqi gerçəkləşəcək.


AzEdu.az
-ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, ölkə üzrə yeni məktəbli formasına dair qaydalar hələ keçən ilin martında təsdiqlənib.

Ancaq bu ildən artıq təsdiq olunmuş formalar geyinilməlidir.

E.Əliyev deyib ki, bir məktəbdə bütün şagirdlər eyni forma geyinməlidir:

"Pedaqoji Şura məktəbli formasının təsvirini seçir. Şura hansı formanı seçirsə, ona uyğun hazırlıq işləri görülməlidir. Qaydalarda açıq qeyd olunub ki, formanı şura seçir”.

Nazilik rəsmisi onu da bildirib ki, hansısa məktəb yeni formaya keçmək istəmirsə, bu da mümkündür.

“Müəyyən keçərli səbəblər gətirilsə, onda yeni formadan isifadə etməyə bilərlər.

Və məktəbin Pedaqoji Şurası bununla bağlı qərar verməlidir.

Şura deyə bilər ki, müəyyən səbəblərdən yeni forma istəmirik. Biz də şuranın qərarına hörmətlə yanaşmalıyıq. Hazırda belə məktəblər də var. Məktəbli forması qaydalarda olan normaya uyğun seçilməlidir. Kimsə özündən başqa formada geyim seçə bilməz".

Elnur Əliyev qeyd edib ki, növbəti tədris ilindən 1 milyondan artıq şagird məktəbli forması ilə dərsə gedəcək:

"Məktəblərin artıq böyük hissəsi artıq forma seçimi edib".

Şöbə müdiri həmçinin əlavə edib ki, artıq məktəbli formaları ilə bağlı istehsalçı müəssisələrə məlumatlar verilib.