Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-04 10:01:12
Deputat gənclərlə qatarda kitab oxudu - FOTOLAR

Millət vəkili Ceyhun Məmmədov bir qrup gənclə "Hər yerdə kitab" aksiyası ilə bağlı növbəti tədbirdə iştirak edib.


Azedu.az xəbər verir ki, budəfəki aksiya Bakı-Pirşağı-Sumqayıt sürət qatarında keçirilb.


Aksiya çərçivəsində iştirakçılar elmi, bədii və publisistik kitablar oxuyublar.


“Aksiyanın keçirilməsində əsas məqsəd gənclərin oxumağa və mütaliəyə marağını daha da artırmaqdır. Məkan olaraq sürət qatarının seçilməsi də məhz bununla bağlı idi. Buradakı incə mesaj hər kəsə göstərir ki, şəraitdən və məkandan asılı olmayaraq hər yerdə kitab oxumaq mümkündür. Əlavə olaraq qeyd edim ki, vaxtdan səmərəli istifadə edərək gənclərlə birlikdə Sumqayıt şəhərini gəzib yaxından tanıdıq. Sonda aksiya iştirakçıları ilə bir yerdə oxuduğumuz kitabları təhlil edərək xatirə şəkli çəkdirdik. Gələcəyimiz gənclərə əmanətdir. Onların inkişafına töhfə vermək hər birimizin borcudur”, - deyə deputat bildirib.