Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-30 10:00:00
Böyük Britaniyada orta təhsil

Britaniyanın orta təhsil sistemi uzun tarixə malikdir, onun nüfuzu danılmazdır. İlk ingilis məktəbi olan - King's School - 597-ci ildə Kenterberidə açılıb. Təhsil ocağı bu gün də fəaliyyətini davam etdirən dünyanın ən qədim orta məktəbidir.

Azedu.az saytı Forbes jurnalına istinadən xəbər verir ki, əsrlər boyu Britaniya təhsil müəssisələri ən yaxşı ənənələri diqqətlə qoruyub saxlamış, eyni zamanda yeniliklərə imza atmışdır. Heç kimə sir deyil ki, bir çox müasir tədris metodları ilk dəfə İngiltərədə meydana çıxıb və daha sonra keyfiyyətli təhsil standartı statusu alaraq digər ölkələrdə tətbiq olunmağa başlayıb.

Böyük Britaniyadakı məktəblər qüsursuz reputasiyasına görə ilk növbədə müstəsna yüksək akademik nəticələrinə və tələbələrin çoxşaxəli inkişafına borcludurlar. Statistikaya görə, bu ölkədəki özəl məktəb məzunlarının 92%-i Britaniya universitetlərində təhsilini davam etdirir, 54%-i Böyük Britaniyanın ən yaxşı 25 universitetinin tələbəsi olur, onlardan 5%-i Oksbricdə (Oksford və Kembric) təhsillərini davam etdirirlər.

Bir çox ailələr övladlarının Britaniya məktəblərinin verdiyi bütün imkanlara malik olması, o cümlədən yüksək səviyyədə təhsil almaq və əla perspektivlər əldə etməsi arzusundadır. Bununla belə, Birləşmiş Krallıqda dövlət məktəblərində təhsil yalnız Böyük Britaniyada pasportu və ya yaşayış icazəsi olan şəxslər üçün mümkündür, lakin əcnəbi tələbələr təxminən 500-ü internat məktəbi olmaqla 2,5 min özəl məktəbdən birinə yazıla bilərlər.

Müstəqil Məktəblər Şurasının (ISC) məlumatına görə, 2021-ci ildə Böyük Britaniyadakı özəl məktəblərdə şagirdlərin 10%-i xaricdən gəlib. Rusiya Böyük Britaniyadakı orta məktəblərə təhsil almaq üçün gedən uşaqların sayına görə dünyada 5-ci yeri tuturaq, yalnız Çin, Avropa Birliyi, Honq-Konq və ABŞ-dan geri qalır.