Amerika Birləşmiş Ştatları (ABŞ) və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.
AzEdu.az xəbər verir ki, Niaqara şəlaləsi 28 May-Müstəqillik Günü münasibəti ilə ABŞ vaxtı ilə saat 22:30-da Azərbaycan bayrağının üç rəngində (mavi, qırmızı və yaşıl) işıqlandırılıb.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş mərasim Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə baş tutub. Azərbaycan bayraqları ilə şəlalənin ətrafına dövrə vuran həmvətənlərimiz yallı sədaları altında rəqs ediblər.