Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-28 10:40:00
"Son zəng" üçün müəllimə nə hədiyyə etmək olar?..

Sonuncu zəng məktəblilərin, müəllimlərin və valideynlərin duyğularını daşıyır. Həmin gün müəllimlərə də təbriklər və xoş arzular səslənir.

Bəs "Son zəng" günü müəllimlər üçün ən yaxşı hədiyyə nə ola bilər?

AzEdu.az saytı bununla bağlı tövsiyələri təqdim edir:


1. Çiçəklər (canlı və ya qablarda, lakin süni deyil).

2. Konfet, şokolad.

3. Qəhvə və ya çay (müəllimin nəyi daha çox bəyənməsindən asılı olaraq)

4. Bütün sinif adından tort (uşaqlarla yemək olar).

5. Şagirdin öz əlləri ilə hazırlanmış toxuculuq işi.

Nə vermək yaxşı deyil:

1. Kosmetika və ətirlər (müəllimin nəyi bəyənib, nəyi bəyənmədiyini təxmin etmək çətindir).

2. Çay dəstləri, vazalar, heykəlciklər.

3. Dəftərxana ləvazimatları, gündəliklər (inanın ki, müəllimdə bunlardan çox var)

4. Həmkarlar və rəhbərlikdə suallar yarada biləcək çox bahalı, asılılq yaradan hədiyyələr.

5. Şagirdin əl işi olmayan şəkillər və digər sənət əşyaları, əgər müəllimin onları bəyənəcəyinə əmin deyilsinizsə.


İstənilən halda , hədiyyə seçimi maliyyə imkanlarınızdan və müəllimin zövqündən asılıdır. Bunu məcburi bir şey kimi qəbul etmək lazım deyil, amma müəllimə təşəkkür etmək istəyirsinizsə, utanmayın.

Hədiyyələri forumlarda və sosial şəbəkələrdə müzakirə etməyi də tövsiyə etmirik - belə müzakirələr müəllimi və onun həmkarlarını incidə bilər.