Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 10:18:51
Bəşarət Məmmədov kimdir...

26 may tarixi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov üçün xüsusi önəm kəsb edir. Belə ki, bu gün o, növbəti dəfə doğum tarixini qeyd edir.

AzEdu.az-ın məlumatına görə, Bəşarət  Məmmədov Şubay oğlu 26 may 1975-ci ildə anadan olub.


Təhsil həyatına 1981-ci ildə Şəki rayonunun Çayqaraqoyunlu kənd tam orta məktəbində başlayıb. 7-ci sinifdən sonra isə Yevlax rayon Xaldan kənd kompleks orta məktəbində təhsilini davam etdirib, elə oradan da məzun olub.

1992-ci ildə orta məktəbi bitirib. 1992-1998-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb.

 

SSRİ-nin ən unikal məktəbində oxuyan Bəşarət Məmmədov: -“Həmişə ara yerdə  mən cəzalanırdım”- FOTOLAR+MÜSAHİBƏ - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Əmək fəaliyyətinə doğulduğu yerdə - Şəki rayonu Çay Qaraqoyunlu kənd orta məktəbində tarix müəllimi olaraq başlayıb. Bir orada dərs deyib. Daha sonra “Respublika” qəzetində çalışmağa başlayıb. Müxbir, baş müxbir və şöbə müdiri vəzifələrində işləyib. Azərbaycan Respublikası Təhsil Nazirliyində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində milli məsləhətçi vəzifəsində çalışıb.

 

2005-ci ildə jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə, Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı tərəfindən "Qızıl qələm" mükafatına layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatına, beynəlxalq münasibətlərinə və həyata keçirilən islahatlara dair yüzlərlə məqalənin və analitik yazının müəllifidir.

 

2015-ci ildə Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.

 

Media və təhsil, mətbuatın müxtəlif problemlərinə həsr olunmuş təlim və konfransların iştirakçısıdır.

 

2016-cı il 16 sentyabr  tarixindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyin edilib. 

 

Ailəlidir, 3 övladı var.