Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 09:59:43
Doğulanda 845 qram olan körpə evə buraxılıb

TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzində 38 yaşlı pasiyent Əzizova Nargilə hamiləliyinin 28-ci həftəsində kəskin bətndaxili hipoksiya, dölün bətndaxili inkişaf ləngiməsi, uşaqlıq üzərində çapıq, sağrı gəlişi, talassemiya daşıyıcısı diaqnozu ilə daxil olub.

AzEdu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında bildirilib.


Pasiyent 02.03.2023-cü il saat 00:40 radələrində tibb müəssisəsində keysəriyyə kəsiyi əməliyyatı ilə çəkisi 845 qr, boyu 33 sm olan oğlan uşağı dünyaya gətirib. Körpə ilk olaraq Mərkəzin Yenidoğulmuşların reanimasiya şöbəsinə, daha sonra isə Patologiya şöbəsinə yerləşdirilib.


79 gündən sonra 18.05.2023-cü il tarixində kafi vəziyyətdə evə yola salınan körpənin çəkisi 1,450 qram olub.

Qeyd edək ki, körpənin müalicə müddətindəki xərcləri icbari tibbi sığorta ilə qarşılanıb.

No description available.