Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 10:19:13
Kolleclərə qəbul üzrə müsabiqə ŞƏRTLƏRİ

Dövlət İmtahan Mərkəzi (DİM) kolleclərə müsabiqə şərtləri barədə sorğular ünvanlayan abituriyentlərə bu barədə xatırlatma edib.

AzEdu.az-ın məlumatına görə, DİM bildirib ki, 9 illik bazada kolleclərin ixtisas seçiminә buraxılış (qəbul) imtahanında topladıqları ümumi balı 50-dәn, Azәrbaycan dili vә ya rus dili fәnni üzrә balı 20-dәn vә riyaziyyat fәnni üzrә balı 10-dan az olmayan abituriyentlәr buraxılırlar.

Xüsusi qabiliyyәt tәlәb edәn ixtisasların müsabiqәsinә ümumi balı 50-dәn az olmayan (fәnlәr üzrә bal mәhdudiyyәti qoyulmur) vә müvafiq komissiya tәrәfindәn keçirilәn qabiliyyәt imtahanlarından “mәqbul” alan abituriyentlәr buraxılırlar.

“Xoreoqrafiya sәnәti” vә “Rәqs müәllimliyi” ixtisaslarının müsabiqәsindә isә ümumi balı 30-dan (fәnlәr üzrә bal mәhdudiyyәti tәtbiq edilmir) az olmayan abituriyentlәr iştirak edә bilәrlәr.

11 illik bazada kolleclərin ixtisas seçiminə isə buraxılış (qəbul) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

“Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.