Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-18 12:07:00
Sertifikasiyanın müsahibə mərhələsi bu tarixdə keçiriləcək

Xəbər veridiyimiz kimi, 20-24 iyun tarixlərində Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimləri üçün sertifikasiya imtahanının test mərhələsi keçiriləcək.

 

Müəllimləri maraqlandıran suallardan biri də sertifikasiyayanın müsahibə mərhələsinin nə zaman keçiriləcəyidir.

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov sertifikasiyanın müsahibə mərhələsinin iyul-avqust aylarında təşkil olunacağını bildirib.


Xatırladaq ki, sertifikatlaşdırma iki mərhələdən - test və müsahibədən ibarətdir.


Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.


Müsahibə mərhələsində azı 20 bal toplamış müəllimlər prosesdən keçmiş hesab edilirlər. 


Builki sertifikasiya imtahanlarında 33 mindən çox müəllimin iştirakı gözlənilir.