Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 17:28:49
Dövlət Proqramı ilə 338 tələbə xaricdə təhsil alır

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat və magistratura təhsili üzrə hazırda 14 prioritet sahə üzrə dünyanın 18 ölkəsinə aid 107 xarici ali təhsil müəssisəsində 80 bakalavriat, 258 magistratura təhsil səviyyələrində olmaqla, ümumilikdə 338 tələbə təhsil alır.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, hazırda proqrama müraciət etmiş 456 nəfərdən 27 nəfəri bakalavriat, 101 nəfər magistratura səviyyəsində olmaqla ümumilikdə 128 nəfərin ərizəsi təsdiq edilib. Namizədlərdən 3 nəfəri Harvard Universitetinə, 2 nəfəri MIT-ə, 2 nəfər Kolumbiya Universitetinə, 1 nəfəri isə Oksford Universitetinə qəbulla bağlı ərizəsini tamamlayıb.

İnformasiya texnologiyaları, maliyyə, mühəndislik, iqtisadiyyat, statistika və verilənlərin təhlili prioritet sahələrdir.