 
                                Ötən gecədən başlayaraq Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağmağa başlayıb. 
AzEdu.az xəbər verir ki, yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksəklikdə yerləşən dağlıq ərazilərə düşüb.
Quba rayonunun Xınalıq kəndində qarın hündürlüyü 2-3 santimetrə çatır. 
Dağlıq ərazilərdə temperatur aşağı düşüb.