Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 12:40:00
Xarici tələbə: “Azərbaycana gələndə çətinlik çəkəcəyimi düşünürdüm” - MÜSAHİBƏ

Bir çox ölkələrdə xaricdə təhsil almaq prestij sayılır. Xaricdə təhsil almaq üçün hər kəsin müəyyən səbəbləri və hədəfləri var. Bəziləri xaricdə təhsilin daha yüksək səviyyədə təşkil olduğuna inanır, digərləri bunun karyera qurmağa kömək edəcəyini düşünür, başqaları həm də mühitin ona müsbət enerji verəcəyinə ümid edir. Amma səbəb nə olursa olsun, xaricdə təhsil almaq istəyənlərin sayı artır.



Azərbaycanlı gənclər təhsil üçün xaricə getdiyi kimi, əcnəbilər də bizim ölkəyə gəlirlər.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2022-2023-cü tədris ilində Azərbaycan universitetlərində 110 ölkədən 9000-ə yaxın xarici vətəndaş təhsil alır.



AzEdu.az saytı Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə silsilə müsahibələr təqdim edir.

 

"Xarici tələbə" layihəsinin növbəti müsahibi hazırda Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə-profilatika fakültəsində bakalavr təhsili alan 1-cü kurs tələbəsi Mustafa Güreldir. Onunla söhbəti təqdim edirik.

 

 

- Mustafa bəy, Türkiyənin hansı bölgəsindən gəlmisiniz?

 

- İstanbul şəhərində, Mərəmərə bölgəsində yaşayırdım. 

 

- Necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz?

 

- Xəyalım olan ixtisas üzrə xaricdə təhsil almaq istəyirdim. Türkiyəyə daha yaxın olan bir ölkəni seçmək istəyirdim. O zaman Azərbaycana gəlmək qərarı verdim.

 

- Hazırda Azərbaycan və universitetiniz haqqında nə deyə bilərsiniz?

 

- Azərbaycanın çox gözəl yer olduğunu düşünürəm. Yasamal parkı tərəfdə qalıram. Bura çox güvənli və aktiv bölgədir. Universitetimizdə müəllimlər və dostlar çox yaxşı və mehribandırlar. Bu da çox gözəl ortamın yaranmasına səbəb olur.

 

- Nə üçün sırf bu ixtisası seçmək qərarına gəldiniz?

 

- Həkimlik ailəmin və özümün Türkiyədə və ya dünyada mənə ən uyğun gördüyümüz, ən çox maraq dairəmdə olan peşə olub. Azərbaycan Tibb Universiteti ilə bağlı çox yaxşı məlumatlar eşitmişdim. Gəlməzdən əvvəl bir səyahət həyata keçirdim. Düşüncələrim təsdiqləndi. Gələcəyimin məni daha yaxşı yerlərə aparıb çıxaracağını düşünürəm.

 

- Azərbaycanda tələbəlik həyatınızda hansısa çətinliklərlə üzləşdiyiniz hallar olubmu?

 

- Əslində dil ilə bağılı sıxıntıların olacağını düşünürdüm. Lakin çevrəmin çox anlayışlı və mehriban olması, müəllimlərimin köməkliyi ilə heç bir çətinlik çəkmədim. Azərbaycan bizim ölkəyə mədəniyyət olaraq da çox yaxındır. Eyni mədəniyyətə sahib olduğumuz üçün hansısa çətinliklə üzləşmirəm.

 

Açıklama yok.

 

- Bu peşəni sizə sevdirən kimsə olubmu?

 

- Mənim atam həkim olduğu üçün, uşaqlığdan onu görmüşəm və özümə örnək görərək böyümüşəm. Atamın bu peşəyə gəlməyimə çox böyük təsiri oldu.

 

- Təhsilinizi başa vurduqdan sonra geri dönməyi düşünürsünüzmü?

 

- Bu mövzuda çox qərarsızam. Azərbaycanda qalıb işləmək istəyim olsa da, dönməyə daha yaxın olduğumu düşünürəm. Bunun da əsas səbəbi gələcək planlarım, Türkiyədə öz peşəm üzrə çalışmaqdır. Yoxsa Bakıda da qalsam, burada çox rahat bir şəkildə işimi qura biləcəyimi düşünürəm.

 

- Mustafa bəy, Azərbaycanda təhsil almağın üstünlükləri hansılardır?

 

- Bir çox üstünlüklərinin olduğunu düşünürəm. Əsasən də özüm kimi Türkiyə vətəndaşlarına bildirmək istəyirəm ki, bu ölkənin mədəniyyəti bizə çox yaxındır. Çox rahatlıqla adaptasiya olmaq mümkündür. Digər bir səbəbi dillərimizin bənzər olması. Təhsil və universitetlərimizin üst standartlarda olması kimi üstünlükləri də saya bilərəm.


- Özünüzdə digər tələbələrdən fərqli hansı xüsusiyyətləri qeyd edə bilərsiniz
?

 

- Mən dörd dil bilirəm - italiyanca, ispanyolca, ingilizcə və türkcə. Özümü inkişaf etdirmək üçün, boksla məşğul oluram. Bütün bunlarla yanaşı, universitetimizdə komissiya üzvüyəm. Kitab oxumağı sevirəm. Özəlliklə yazar olaraq Oğuz Ataydan oxumağı çox sevirəm.

 

Açıklama yok.

 

- Hazırda Bakıda tək yaşayırsınız?

 

- Xeyr, yniversitetdən olan dostlarımla birgə, eyni evdə yaşayıram.

 

- Universitetə hansı məbləğdə illik təhsil haqqı ödəyirsiniz və təqaüd alırsınızmı?

 

- İllik 4000 dollar təhsil haqqı ödəyirəm. Özüm təqaüd almıram, amma ətrafımda dostlarım arasında alanlar var. Hazırda təqaüdə ehtiyacımın olduğunu düşünmürəm.

 

Açıklama yok.