Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-24 09:27:06
Hansı qrup üzrə qəbul imtahanlarına sənəd verən çoxdur? - STATİSTİKA

Xəbər verdiyimiz kimi, I, II, III, IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2023-cü il aprelin 14-dən qeydiyyatdan keçməyə başlayıblar.

Qeydiyyat 5 may saat 23:59-da başa çatacaq.

Bu müddətdə abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb. Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin keçən il topladıqları bal nəzərə alınacaq.


AzEdu.az-ın DİM-dən əldə etdiyi məlumata görə, bu günə kimi Ali təhsilin I-IV ixtisas qrupları üzrə test imtahanına (I cəhd) qeydiyyatdan keçən abituriyentlərin sayı 44029 nəfər təşkil edir. Onlardan 39711-ü Azərbaycan bölməsinin, 4318 rus bölməsinin abituriyentləridir.


İxtisaslar üzrə imtahan vermək istəyən abituriyentlərin sayı hələ ki aşağıdakı kimidir:


No description available.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK