Azedu.az

Ən çox bal toplayan abituriyentin adı məlum oldu

7 Aprel 2023, 15:33
Ən çox bal toplayan abituriyentin adı məlum oldu

Məlum olduğu kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri bu gün elan olunub.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, abituriyentlər arasında ən yüksək nəticəni 296.7 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi göstərib.


Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyindən saytımıza bildirilib ki, 5 mart tarixli buraxılış imtahanlarında ən yüksək bal toplayan abituriyent Hacıyev Arif Nəriman oğludur. O, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11b sinfində oxuyur.

 
Məlumat üçün qeyd edək ki, həmin şagird 2 il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə göstərib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox