Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-28 17:12:29
Güclü külək olacaq

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

 

AzEdu.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 30-u səhərdən aprelin 01-i axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

 

Martın 30-u axşamdan aprelin 01-i gündüzədək fasilələrlə yağıntılı olacağı gözlənilir.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

 

Martın 30-u səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir. Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı sulu qar, qar yağacağı gözlənilir.

Aprelin 01-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq. Axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.