Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-27 09:32:22
DİM-də TOEFL iBT imtahanı keçirilib

2023-cü il martın 25-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, imtahanda 20 nəfər iştirak edib.

 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının 12 aprel 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/