Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 08:40:00
Konstitusiya Məhkəməsi: təaqüddə olan müəllimlər müqaviləsiz işləyə bilər

Ukraynada Konstitusiya Məhkəməsi təqaüd yaşına çatmış müəllimlərin yalnız müqavilə ilə işləyə biləcəkləri barədə qanunu qeyri – hüquqi hesab edib. Məsələ ilə əlaqədar 56 deputat KM-ə müraciət edib.

AzEdu.az xəbər verir ki, “Tam orta təhsil haqqında” Ukrayna Qanununun 22-ci maddəsinə əsasən, təqaüd yaşına çatmış müəllimlər yalnız 1-3 illik müqavilə əsasında müəllim kimi fəaliyyət göstərə bilər.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Qanun bərabərlik prinsipini pozur və buna görə onun fəaliyyətinə xitam verilməlidir. Məlumatda deyilir ki, haqqında məsələ qaldırılan Qanun pedoqoji işçilərin iki kateqoriyaya bölünməsinə və bu kateqoriyalardan biri ətrafında  etimadsızlıq  mühitinin formalaşmasına  şərait yaradıb. Təqaüd yaşına çatan və təqüd alan pedaqoqlara ikinci növ pedaqoqlar kimi baxılmasının qəbul edilməzliyi məhkəmənin qərarında bildirilib.

Buna görə də Ukraynada Konstitusiya Məhkəməsi “Tam orta təhsil haqqında” Qanunun Ukrayna Konstitusiyasına uyğun gəlmədiyi barədə qərar çıxarıb.

Azərbaycanda da təqaüd yaşına çatan müəllimlər məhz müqavilə əsasında ali təhsil müəssisələrində çalışa bilərlər. Bu qanun da Azərbaycandakı müəllimlərini iki kateqoriyaya bölmürmü? Yaxud Azərbaycan Konstitusiya Məhkəməsinin bu barədə qərarı necə olardı?

Hər halda yoxlamağa dəyər.