Azedu.az

Bu gün bəzi məktəblərdə sonuncu iş günüdür - QƏRAR

Maraqlı

17 Mart 2023, 09:36
Bu gün bəzi məktəblərdə sonuncu iş günüdür - QƏRAR

Bu gün Azərbaycandakı ümumtəhsil müəssisələrində bayram tətili ərəfəsindəki sonuncu iş günüdür.

AzEdu.az xəbər verir ki, Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” müvafiq qərarına əsasən, 
beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 17 mart, bayramdan sonra ilk iş günü 27 martdır.


Elm və Təhsil Nazirliyindən bildirilib ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 18 mart, bayramdan sonra ilk iş günü 25 mart tarixləridir.
 

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox